Tibbi ədəbiyyat
Tibbi ədəbiyyat — tibbin elmi kütləvi ədəbiyyatıdır: tibb sahəsinə həsr olunmuş jurnallarda məqalələr və kitablardakı mətnlər. Tibbi ədəbiyyata istinadlar ümumiyyətlə səhiyyə ədəbiyyatını, eyni zamanda stomatologiya, baytarlıq, əczaçılıq, tibb bacısı və müttəfiq səhiyyə peşələrini əhatə edir.
Tibbi vəziyyətlərin diaqnozu, proqnozu və müalicəsi ilə bağlı müasir və tarixi baxışlar min illər boyu sənədləşdirilmişdir. Edvin Simit Papirusu ilk tibbi traktatdır.
Tarix boyu insanlar xəstəliklər, insanların onlara necə yoluxa bilcəyi və onu aradan qaldırmaq üçün nə edilə biləcəyi haqqında qeydlər aparmışlar. Tibb folklordan tutmuş cadugərliyə kimi müasir sübuta əsaslanan təbabətə qədər uzanırdı. Ən diqqət çəkən təsvirlər arasında Misir (İmhotep, Edvin Smit Papirus, Ebers Papirus, Kahun Ginekoloji Papirus), Mesopotamiya (Diaqnostika kitabça, Əl-kindi), Hindistan (Ayurveda, Şuşruta Samita, Çaraka Samita), Çin (Sarı imperator, Huanqdi Neycinq), Yunanıstan (İliada və Odisseya Yunan tibbi praktikanın ilkin göstəriciləridir; Hippokrat), İran (əl-Razi, İbn Sina, Əl-qanun fit-tibb, Kitab-i Şəfa), İspaniya (Əbülqasım əz-Zəhravi, Kitab əl-Təsrif), Suriya (İbn ən-Nəfis, Kitab əş-Şamıı fi’t-Tıb) qeyd oluna bilər.
Andreas Vezali, Vilyam Harvey, İqnats Zemmelveys, Lui Paster və başqalarından sonra tibb cəmiyyəti tədqiqat aparma üsulunu dəyişdirdi.
Qeyd olunanlar tibb ictimaiyyətinin məlumat paylaşdığı nəşrlərdir. Əsas məqalələr orijinal məqalələr, rəylər və iş hesabatlarıdır.